Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib

Dünya

25.09.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

“Biz ilin sonunadək Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırırıq”

Almaniya Qazaxıstandan neft tədarükünün 2,5 milyon tona çatdırılması ilə bağlı müraciət edib. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Almasadam Satkaliyev deyib.

“Biz ilin sonunadək Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırırıq. Onların bunu 2,5 milyon tona çatdırmaq istəyi var”, - deyə nazir qeyd edib.

Satkaliyev Qazaxıstanın ixracın 2,5 milyon tona qədər artırılmasını təmin edə biləcəyini deyib, amma hansı müddət ərzində təmin edə biləcəyini dəqiqləşdirməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş