Almaniya 1 milyondan çox ukraynalı qaçqını qəbul edib

Dünya

05.01.2023 - 08:25

Həkimlər Klinikalar SEO Xidməti

Qaçqınların təxminən üçdə birinin uşaq və yeniyetmələr olduğu bildirilir

“Almaniya 1 milyondan çox ukraynalı qaçqını qəbul edib”.

AYNA xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Maksimilian Kall brifinq zamanı bildirib.

Onun sözlərinə görə, vətənlərindəki evlərini tərk edərək yanvarın 2-nə kimi Almaniyaya 1,046 milyon Ukrayna vətəndaşı gəlib:

“Onların təxminən üçdə biri uşaq və yeniyetmələrdir. Almaniyada Əcnəbilərin Mərkəzi Reyestrində qeydiyyatda olan Ukraynadan olan qaçqınların ümumi sayını sizə deyə bilərəm. Yanvarın 2-nə olan məlumata görə, 1 045 854 nəfər var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş