Alimlər 3 min ilin ölüsünü “danışdırdılar”

Dünya

24.01.2020 - 12:40

Həkimlər Klinikalar SEO Xidməti

Tədqiqatçılar “E” səsinə bənzər bir səs əldə etməyə müvəffəq olublar

 

Elm adamları 3000 il əvvəl mumiyalanmış misirli bir rahibin səsini süni vokal kordonları ilə canlandırıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, rahib Misir fironu XI Ramzesin hakimiyyəti dövründə yaşayıb.

 

Məlumatlara görə, elm adamları, adı Nesyamun olan rahibin səs yolunu üçölçülü printerlə kopyalayaraq bərpa ediblər. Tədqiqatçılar “E” səsinə bənzər bir səs əldə etməyə müvəffəq olublar.

 

Bundan əlavə, elm adamları gələcəkdə kompüter proqramları vasitəsi ilə Nesyamunun səsindən cümlələr çıxarmağa da ümid edirlər.

 

Qeyd edək ki, Nesyamun Nil sahillərində yerləşən indiki Uksur şəhərinin Karnak qəsəbəsindəki “Amun” məbədinin rahibi olub. Nesyamunun cəsədi Misir fironu XI Ramzes dövründən qalan yeganə mumiya olduğundan, bunun qədim Misir tarixini daha yaxşı araşdırmaq üçün vacib bir elmi sübut olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş