Ali məktəblərə ixtisas seçimi başa çatır

Xəbərlər

19.08.2025 - 13:02

Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

AYNA.AZ bildirir ki, bu barədə DİM məlumat verib.
Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Bu gün saat 09:15-ə olan məlumata əsasən, 81363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş