Ali Məhkəmə keçmiş NİDA-çılara tam bəraət verib

Xəbərlər

19.11.2021 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Rəşadət Axundova, Rəşad Həsənova, Üzeyir Məmmədliyə və Zaur Qurbanlıya 188 min manat kompensasiya ödəniləcək

“Bu gün çox önəmli hadisə baş verdi. Azərbaycan Ali Məhkəməsi 4 nəfərə - keçmiş NİDA-çılar Rəşadət Axundova, Rəşad Həsənova, Üzeyir Məmmədliyə və REAL Siyasi Komitəsinin üzvü Zaur Qurbanlıya tam bəraət verdi, toplamda həmin şəxslərə 188 min manat kompensasiya ödənilməsi ilə bağlı qərar çıxartdı. Qanunsuz, haqsız, hüquqsuz yerə həbs yatan insanlar bəraət aldılar – bu çox vacib məsələdir”.

AYNA xəbər verir ki, bu barədə ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib.

N.Cəfərli ılavə edib ki, bu yolun açılmasında “İlqar Məmmədov işi”nin böyük və həlledici rolu olub: “Sevinirəm ki, digər günahsız yerə həbs yatmış insanlar da bəraət və kompensasiya aldılar. Növbəti addım kimi Avropa İnsan Haqları Məhkəməsində 18-ci maddə ilə hüquqlarının pozulması təsbit edilmiş digər insanlar da mütləq bəraət və kompensasiya almalıdırlar”.

“Ümumiyyətlə, ölkə olaraq birdəfəlik siyasi məhbus ayıbını hüquqi yollarla bağlamalı, bu gün günahsız yerə həbs yatan bütün siyasi məhbuslar azadlığa qovuşmalı, pozulmuş hüquqları tam bərpa olunmalıdır”, - deyə N.Cəfərli vurğulayıb.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının bir qrup üzvü 2013-cü ildə etiraz aksiyalarında həbs edilmişdilər. Həbs edilən fəallar siyasi məhbus statusu almışdılar. Bir neçə ildən sonra bəziləri əfv sərəncamı ilə, bəziləri isə cəza müddəti bitdiyi üçün həbsdən azad edildilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş