Seçicilərin 54,6 faizi Bellenin növbəti müddətə postunda qalmasına səs veriblər
Oktyabrın 9-da Avstriyada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksander Van der Bellen mütləq səs çoxluğu ilə qalib gəlib.
AYNA xarici mediaya istinadən bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 17.00-da bağlandıqdan az sonra seçkilərin ilkin nəticələri elan olunub.
Nəticələrə görə, seçicilərin 54,6 faizi Van der Bellenin növbəti müddətə postunda qalmasına səs veriblər.
Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrants seçkilərdə ikinci nəticəni göstərib. Onun lehinə 18,4 faiz seçici səs verib.