Albaniyanın keçmiş Prezidenti polis tərəfindən saxlanılıb

Dünya

22.10.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

İlir Meta korrupsiya, çirkli pulların yuyulması və gəlirlərini gizlətməkdə şübhəli bilinir

Albaniyanın keçmiş Prezidenti İlir Meta bazar ertəsi polis tərəfindən korrupsiyada şübhəli bilinərək saxlanılıb. AYNA xəbər verir ki, bu barədə sabiq Prezidentin mətbuat katibi bildirib.

Xarici media bildirir ki, maskalı polis məmurları Metanın avtomobilini saxlayıblar. Sabiq Prezident polisə müqavimət göstərməyə çalışıb.

Balkan mediası yazır ki, İlir Meta korrupsiya, çirkli pulların yuyulması və gəlirlərini gizlətməkdə şübhəli bilinir.

“Reuters” xəbər verir ki, Metanın vəkillərindən biri keçmiş Prezidentin saxlanıldığını və onun korrupsiya ittihamı ilə özünü təqsirli bilmədiyini təsdiqləyib, lakin heç bir təfərrüat verməyib.

55 yaşlı İlir Meta 2017-2022-ci illərdə Albaniyanın Prezidenti olub. Bundan əvvəl o, Baş nazir və parlamentin sədri olub. Meta hazırda müxalif Azadlıq Partiyasına rəhbərlik edir. Metanın korrupsiyada iştirakı ilə bağlı araşdırma ötən il başladılıb. Antikorrupsiya Xidməti siyasətçini bir neçə dəfə dindirməyə çağırıb.

Meta qanunu pozmaq iddiaları ilə üzləşən yeganə alban siyasətçisi deyil. Bundan əvvəl müxalifətdə olan Albaniya Demokratik Partiyasının liderlərindən biri Ervin Salianji yalan məlumat verdiyinə görə bir il müddətinə azadlıqdan məhrum edilib. Hökm onun tərəfdarları arasında şiddətli etirazlara səbəb olub. Demokrat Partiyasının lideri Sali Berişa ötən ilin dekabrından korrupsiyada şübhəli bilinərək ev dustaqlığına məhkum edilib. Demokrat Partiyası Albaniyanın hazırkı Baş naziri Edi Ramanı müxalifəti siyasi motivli təqib etməkdə ittiham edir. Rama isə bu ittihamı rədd edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş