Aktauda qəzaya uğrayan təyyarədə sağ qalanların sayı 28-ə çatıb: ikisi uşaqdır

Hadisə

25.12.2024 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanın uşaq ombudsmanı xəstəxanaya yerləşdirilən 2013 və 2008-ci il təvəllüdlü iki qız uşağı haqqında məlumat paylaşıb

Aktauda baş verən təyyarə qəzasında sağ qalanların sayı 28 nəfərə çatıb. Onlardan ikisi uşaqdır. AYNA Qazaxıstan mediasına istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

"Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 2-si uşaq olmaqla, 28 nəfər sağ qalıb, xəstəxanalara çatdırılıb", - nazirlikdən bildirilib.

Bu arada, Qazaxıstanın uşaq ombudsmanı Dinara Zəkiyeva xəstəxanaya yerləşdirilən 2013 və 2008-ci il təvəllüdlü iki qız uşağı haqqında məlumat paylaşıb.

Xatırladaq ki, bu gün Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda sərt eniş edib. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş