Akardan Azərbaycanla bağlı AÇIQLAMA

Xəbərlər

10.01.2022 - 01:14

Həkimlər Klinikalar SEO Xidməti

“Qardaşlarımızla bundan sonra da bir yerdə olacağıq”

“Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyatda qalmaq mübarizəsi aparan əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qala bildilər”.

AYNA xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış faciəsinin 107-ci ildönümü ilə əlaqədar Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində təşkil olunan mərasimdə çıxışı zamanı ifadə edib.

Bütün sahələrdə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycana bundan sonra da dəstək veriləcəyini xatırladan Akar deyib bildirib ki, tarixdə baş verən fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə kədərdə də, sevincdə də bir yerdə olacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş