Alim 98 yaşında dünyasını dəyişib
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.
AYNA xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Qeyd edək ki, o, 1970-ci ildə “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Görkəmli akademik Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.
Allah rəhmət etsin!