“Ailəm və məktəbim” layihəsinə start verilir

Xəbərlər

19.04.2022 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Valideynlər üçün təlim və seminarların təşkili nəzərdə tutulur

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ailəm və məktəbim” layihəsinə start verilir. Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların, “Hər şey övladımız üçün” başlığı altında tədbirlərin təşkili nəzərdə tutulur.

Eyni zamanda, “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğuların keçirilməsi planlaşdırılır.

Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil ediləcək.

Bundan əlavə, layihə çərçivəsində məktəb - ailə əməkdaşlığında fərqlənən ümumi təhsil müəssisələri və valideynlərin təltif olunması da nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş