Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Dünya

12.09.2024 - 21:48

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudlaşdırıcı tədbirlər 2025-ci il martın 15-dək uzadılıb

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb.

AYNA-nın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay - 2025-ci il martın 15-dək uzadıb”, - sənəddə bildirilib.

Qeyd edək ki, sanksiyalar 2014-cü ildən qüvvədədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş