Aİ-nin XİN başçıları Ukraynaya enerji dəstəyinin gücləndirilməsini müzakirə edəcəklər

Dünya

22.07.2024 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynada enerji sisteminin tamamilə məhv edilməsinin qarşısını almağa çalışmalıyıq”

Ukraynanın enerji potensialının 70 faizi məhv edilib. Avropa İttifaqı xarici işlər nazirləri Kiyevə enerji dəstəyinin gücləndirilməsi və hava hücumundan müdafiə sistemlərinin təchizatını müzakirə edəcəklər.

AYNA TASS-a istinadən xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.

“Ukraynada enerji sisteminin tamamilə məhv edilməsinin qarşısını almağa çalışmalıyıq. Enerji tutumunun 70%-i məhv olub, indi yaydır, amma qışda hər şey daha çətinləşəcək. Mən xarici işlər nazirlərini enerji istehsal potensialının bərpası və ya dəyişdirilməsi üçün daha çox dəstək verməyə çağıracağam. İkincisi, hava hücumundan müdafiə sistemləridir”, - Borrell bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş