Aİ müşahidəçilərindən Laçın və Zəngilanla sərhəddə hərəkətlilik - VİDEO

Xəbərlər

07.02.2025 - 18:22

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan sərhədçiləri müşahidəçilərinin hərəkətlərini qeydə alıb

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.

AYNA APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.

Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında mütəmadi məlumatlar və görüntülər yayılır. Bir müddət əvvəl Qazax rayonu ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərinin fəaliyyəti barədə məlumat və görüntü yaymışdı.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş