Ağsuda oğurluqlar olub: şübhəli bilinən şəxslər saxlanılıblar
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.
Keçirilən digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluq edən paytaxt sakini Səbuhi Zülfüqarov da saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.