Ağsuda silah-sursat aşkarlanıb

Xəbərlər

05.04.2024 - 11:59

cedabet dərman SEO Xidməti

Vətəndaşlar müvafiq sənədləri olmayan yeddi ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər

Ağsuda xeyli silah-sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, bir ədəd qumbara, 346 ədəd patron, iki ədəd avtomat  darağı və bir ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub.

Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan yeddi ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş