Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub
Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, dünən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb.
Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.
Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.