Seymur Orucov özünə müavin və sektor müdiri təyin edib
Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub. AYNA Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, icra başçısı Seymur Orucov sərəncam imzalayıb.
Sərəncama əsasən, İbrahimov Kənan İlham oğlunu başçısının müavini, Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Eyni zamanda Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb.