Ağstafada zəncirvari qəza olub

Hadisə

25.10.2021 - 07:51

Həkimlər Klinikalar SEO Xidməti

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Ağstafa-Poylu yolda qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını “KİA”, “VAZ 2107” və traktorla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatına görə, qəzaya səbəb “QAZel”nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş