Ağstafada nişan keçirmək istəyənlər saxlanılıb

Hadisə

27.04.2021 - 03:15

Qayda pozanlarla bağlı müvafiq tədbirlər görülüb 

 

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

 

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

 

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş