Ağstafada 61 yaşlı qadın öldürülüb

Hadisə

10.01.2025 - 09:52

Qadını öldürməkdə şübhəli bilinən həmcinsi saxlanılıb

Ağstafa rayonunda 61 yaşlı qadın qətlə yetirilib. AYNA xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Fatma Musayeva yaşadığı evdə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Məlumata görə, qadını öldürməkdə şübhəli bilinən həmcinsi saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayeva polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş