Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Hadisə

15.02.2025 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Dağkəsəmən kəndində 1959-cu il təvəllüdlü Təranə Məmmədova və onlara Qazax rayonundan qonaq gələn nəvələri A.Lahıcova (2013), N.Lahıcova (1991) və A.Lahıcova (2014) dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş