Ağır qəzada ölənlərin dördü hərbçidir: <font color=red> Hər maşından bir yaralı çıxarılıb</font>

Hadisə

26.05.2020 - 11:55

Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağırdır

 

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi açıqlama verib. AYNA-nın açıqlamasına görə, TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, iki avtomobil toqquşub:

 

“Avtomobillərin birində dörd ölü, digərində isə bir ölü olub. Hər iki maşından bir yaralı çıxarılıb. Birinin vəziyyəti ağırdır. Digərinin vəziyyəti isə orta ağırdır”.

 

Qəzada ölənlərin dördünün hərbiçi olduğu müəyyənləşib. Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

 

Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda isə qeyd edilib ki, hadisə nəticəsində, 4 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Müəllif: Ayna.az