Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb
Aprelin 13–17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilir.