Yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub
Avqustun 7-də Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.
Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.