Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib
Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi bir ton olan 2 783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.