Yaralının həyatını xilas etmək mümkün olmayıb
Ağdaşda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, rayonun Yuxarı Nemətabad kənd sakini, 2012-ci il təvəllüdlü Əbilov Yusif Mehman oğlu yolu keçmək istəyən zaman onu “VAZ - 2106” markalı minik avtomobili vurub.
Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.