Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Hadisə

04.12.2023 - 20:58

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş