Ağdamda mina partlayıb

Xəbərlər

03.03.2024 - 12:33

29 yaşlı şəxs hər iki ayağından xəsarət alıb

Bu gün Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Bəxtiyar Yaqub oğlu Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

“AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az