Ağdam sakinindən marixuana aşkarlanıb

Xəbərlər

09.08.2024 - 11:12

cedabet dərman SEO Xidməti

Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Vaqif Mahmudov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı bir kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş