Ağcabədidə “7 gözəl”də nöqsanlar aşkarlanıb

Xəbərlər

08.05.2026 - 13:34

Şadlıq evi barəsində protokol tərtib edilib, icrasına məcburi göstərişlər verilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B. Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən və sahibkar Pərviz Əlayiq oğlu Quliyevə məxsus olan “7 gözəl” şadlıq evində yoxlama həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı şadlıq evində etiket məlumatları olmayan qida məhsullarının istehlaka təqdim edildiyi, təmizləmə və dezinfeksiya işlərinin aparılmadığı, istifadə olunan suyun filtrdən keçmədiyi, işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xəta haqqında Protokol tərtib edilib, icrasına məcburi göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş