Ağ Ev İrana qarşı aydın bir strategiya olmadan əməliyyata başladı - İDDİA

Dünya

17.03.2026 - 17:41

ABŞ administrasiyası strategiyasını Amerika xalqına və dünyaya izah etmədən İranla müharibəyə başlayıb

Ağ Ev İranda əməliyyata başlayarkən Yaxın Şərqdəki eskalasiyanın strategiyasını və nəticələrini əvvəlcədən nəzərə almayıb. AYNa.AZ xəbər verir ki, bu fikir “The New York Times” (NYT) redaksiya heyətinin məqaləsində qeyd edilib.

Nəşr yazıb ki, Amerika administrasiyası strategiyasını Amerika xalqına və dünyaya izah etmədən İranla müharibəyə başlayıb. Qəzetin məlumatına görə, indi əvvəldən konkret bir strategiyanın olmaması bəlli olur.

NYT hesab edir ki, İrana qarşı əməliyyatın ilk həftələri "etimad yaratmır" və əvəzində "Ağ Evin planlaşdırmasında ehtiyatsızlıq" göstərir.

Qəzet xüsusilə qeyd edir ki, Vaşinqton neft tədarükündə fasilələr və enerji qiymətlərində kəskin artım halında nə edəcəyini əvvəlcədən düşünməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş