“Avropa illərlə öz ordusuna investisiya qoymamaqla və ABŞ-dan müdafiəsini subsidiyalaşdırmaq üçün istifadə etməklə özünü öldürür”
“ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa ölkələrini tənqid etməsi, Avropanın yavaş-yavaş özünü öldürməsi fikrinə əsaslanır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib.
“Davosdakı çıxışı zamanı Avropaya qarşı etdiyi tənqid, Amerika Prezidentinin qitə ilə bağlı indiyə qədər verdiyi ən vacib açıqlamalardan biri idi. Avropa enerji sektorunu qaydalarla boğaraq və digər ölkələrin işləməyən yaşıl enerjisindən asılı hala gələrək yavaş-yavaş özünü öldürür. Avropa məsuliyyətsiz miqrasiya siyasəti ilə özünü öldürür. Avropa illərlə öz ordusuna investisiya qoymamaqla və ABŞ-dan müdafiəsini subsidiyalaşdırmaq üçün istifadə etməklə özünü öldürür”, - deyə o bildirib.
Qeyd edək ki, yanvarın 21-də Dünya İqtisadi Forumunda çıxış edən Tramp bildirib ki, Vaşinqton güclü müttəfiqlərlə maraqlanır, ona görə də Avropa siyasətini dəyişdirməlidir və Avropa ölkələri "enerji çöküşü" yaşayır. O Amerikanın hərbi dəstəyi olmadan əksər Avropa ölkələrinin normal fəaliyyət göstərə bilməyəcəyi və inanılmaz təhlükəsizlik təhdidləri ilə üzləşəcəyi fikrini ifadə edib.
“The Washington Post” qəzeti 23 yanvarda adı açıqlanmayan Avropa liderinə istinadən yazıb ki, Avropa Tramp administrasiyasının ona qarşı etinasız münasibətini unutmayacaq.