AECOM Ermənistanda TRIPP ərazisinin tədqiqinə başlayır

Aktual

05.02.2026 - 14:36

İşlərə texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxil olacaq

ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Əməkdaşlıq Fondu adından TRIPP layihəsi üçün ərazi araşdırmalarına başlanılır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə . ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bunun üçün Amerika mühəndislik konsaltinq şirkəti AECOM-dan bir qrup Ermənistana gəlib.

Qeyd olunub ki, bu tədqiqatlara Ermənistanda uzunmüddətli iqtisadi artımı, genişlənmiş əlaqələri və regional inteqrasiyanı təşviq edəcək dəmir yolu və digər infrastruktur üçün texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxil olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş