ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib

Xəbərlər

04.09.2024 - 21:53

cedabet dərman SEO Xidməti

"Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb

"Azərbaycan Dəmir Yolları" QSC dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərə müraciət edib.

ADY-dən AYNA-ya verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır. Şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

Məlumata görə, hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.

ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş