ADY Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib

Xəbərlər

14.11.2025 - 10:54

“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib.

“ADY”dən AYNA.AZ-a verilən məlumata görə, qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur.

“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, - müraciətdə qeyd olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş