Adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verildi - <font color=red> VİDEO</font>

Xəbərlər

16.02.2021 - 11:42

“Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları təyin edilmiş yüksəkliyə qalxıblar

 

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4 301 m) yürüşü təşkil olunub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar. Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb, dövlət himnini ifa edib və vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonda Vətən müharibəsində qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş