ADPU intihar edən tələbə barədə məlumat yayıb

Hadisə

14.02.2021 - 19:07

“Həmin gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsidir”

 

“Məlum olduğu kimi bu gün üzücü hadisə yaşanıb. Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov həyatına qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil”. AYNA xəbər verir ki, bu sözlər ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun məlumatında əksini tapıb.

 

Qeyd olunub ki, hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda yanlış olaraq onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

 

“Yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub. Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirib həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki boşdur”, - deyə bildirilib.

Müəllif: Ayna.az