Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, bitişik sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.