ABŞ Venesuelaya neft hasilatını artırmaq üçün şərtlər irəli sürüb

Dünya

07.01.2026 - 11:42

Karakasdan Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələri kəsmək və onları ölkədən "qovmaq" istənilib

ABŞ administrasiyası Venesuelanın müvəqqəti hakimiyyət orqanlarına neft hasilatını artırmağa icazə verməzdən əvvəl yerinə yetirilməli olan tələblər barədə məlumat verib. AYNA.AZ xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələrinə görə, Karakasdan Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələri kəsmək və onları ölkədən "qovmaq" istənilib. Bundan əlavə, Venesueladan neft sektorunda yalnız ABŞ ilə əməkdaşlıq etməyə və ağır xam neftin satışında ona üstünlük verməyə razılıq vermək istənilib.

Mənbələr həmçinin bildiriblər ki, 5 yanvarda qanunvericilər üçün keçirilən qapalı brifinqdə ABŞ dövlət katibi Marko Rubio məhdud ixrac gücünə görə Venesuelaya təzyiqin artması ehtimalından bəhs edib. O bildirib ki, ölkənin neft tankerləri artıq dolub və neft ehtiyatları satılmadan Karakas maliyyə iflasına qədər yalnız bir neçə həftə vaxt keçirə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş