ABŞ və Fransa arasında siyasi gərginlik

Dünya

22.02.2026 - 21:38

ABŞ-ın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşner ötən həftə ifrat sağçı fəalının öldürülməsi ilə bağlı şərhlərinə görə Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

Bundan əvvəl ABŞ-nin Fransadakı səfirliyi və ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə Bürosu bildirib ki, radikal sol hərəkatların zorakılığı getdikcə genişlənir və ictimai təhlükəsizliyə təhdid hesab edilməlidir.

Xatırladaq ki, fransız ifrat sağçı fəal Kventin Derank şübhəli solçu fəallarla davada döyülərək öldürülüb və bu, beynəlxalq ictimaiyyətin etirazına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş