ABŞ və Ermənistan TRIPP-lə bağlı birgə müəssisə yaradacaqlar

Dünya

14.01.2026 - 12:24

Ermənistan layihədəki ərazilər üzərində tam suverenliyini qoruyub saxlayacaq

Vaşinqton və İrəvan Ermənistanda nəqliyyat marşrutlarının inkişafı üçün ABŞ-ın nəzarət payına sahib olacağı "Trampın Beynəlxalq Sülh və Rifaha Yolu" (TRIPP İnkişaf Şirkəti) adlı birgə müəssisə yaradacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.

Bildirilib ki, TRIPP layihəsi Ermənistanda nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən sonradan dəqiqləşdiriləcək müəyyən tranzit marşrutlarının inkişafına yönələcək. Ermənistan layihədəki ərazilər üzərində tam suverenliyini qoruyub saxlayacaq.

TRIPP İnkişaf Şirkəti infrastrukturun inkişafı və tətbiqinə cavabdeh olacaq. ABŞ 74 və Ermənistan 26 faiz paya sahib olacaq. Saziş 49 il müddətinə qüvvədə olacaq və əlavə 50 il uzadılması mümkündür. Gələcəkdə əlavə səhmlərin buraxılması yolu ilə Ermənistanın payı 49%-ə qədər arta bilər.

Layihəyə dəmir yolları, yollar, enerji və fiber-optik infrastrukturun inkişafı hüquqlarının daxil edilməsi gözlənilir. Lakin Ermənistan milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarına nəzarəti özündə saxlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş