ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyata başlayıblar

Dünya

04.03.2026 - 12:54

"3 martda ABŞ və Ekvador qüvvələri Ekvadorda terror təşkilatları kimi tanınan qruplara qarşı əməliyyatlara başlayıblar”

ABŞ Cənub Komandanlığı ABŞ və Ekvador hərbi qüvvələrinin narkotik kartellərinə qarşı birgə əməliyyatlara başladığını açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"3 martda ABŞ və Ekvador qüvvələri Ekvadorda terror təşkilatları kimi tanınan qruplara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar tərəfdaşlarımızın Latın Amerikası və Karib dənizində narkoterrorizm bəlası ilə mübarizə aparmaq öhdəliyinin əla nümunəsidir", - komandanlığın “X” sosial media səhifəsində dərc olunmuş məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş