ABŞ və Çin nadir torpaq metallarına ixrac nəzarətini müzakirə edəcəklər

Dünya

27.10.2025 - 16:03

“Məqsədimiz çox geniş olan bu nəzarətlərin qüvvəyə minməməsini təmin etməkdir"

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gözlənilən danışıqların ticarət və iqtisadi seqmentinin əsas mövzularından biri Çinin nadir torpaq metallarına ixrac nəzarəti olacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir deyib.

"Təfərrüatlara varmayacağam, amma deməliyəm ki, məqsədimiz çox geniş olan bu nəzarətlərin qüvvəyə minməməsini təmin etməkdir", - o bildirib.

Qrir qeyd edib ki, iki tərəf "irəliləyiş yolu tapmaq üçün çox konstruktiv müzakirələr aparıblar", lakin nəticədə "bu, Prezident Tramp və Si Cinpindən asılı olacaq".

Bir gün əvvəl ABŞ maliyyə naziri Skott Bessent ABŞ və Çin tərəflərinin ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəldiyini açıqlayıb.

Çin Ticarət Nazirliyi də öz veb saytında danışıqlar zamanı "Çin və ABŞ nümayəndə heyətlərinin müvafiq ticarət məsələlərinin həlli mexanizmləri üzrə əsas konsensusa gəldiyini" bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş