Birləşmiş Ştatlar Ukraynaya yeni 125 milyon dollarlıq yardım paketi elan edə bilər
ABŞ cümə günü Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər. AYNA xəbər verir ki, bu barədə adı açıqlanmayan amerikalı rəsmilərə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya təxminən 125 milyon dollar hərbi yardım göndərəcək. Paket rəsmi olaraq cümə günü, Ukraynanın Müstəqillik Günü ərəfəsində elan oluna bilər.
Qeyd olunub ki, Vaşinqton Kiyevə hava hücumundan müdafiə sistemləri, HIMARS, tank əleyhinə sistemlər, elektron döyüş texnikası, həmçinin 105 mm və 155 mm-lik mərmilər üçün raketlər ötürməyi planlaşdırır.