Ukraynanın məsuliyyəti altında olan hava məkanının mülki aviasiya təyyarələrinin uçuşları üçün təhlükəsiz olmadığı vurğulanıb
ABŞ Nəqliyyat Nazirliyinin Federal Aviasiya İdarəsi ölkənin hava yolları şirkətlərinə Ukrayna və Rusiyanın uçuş məlumat bölgələrində (FIR) uçarkən xüsusilə diqqətli olmağa çağırış edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ABŞ-da qeydiyyatdan keçmiş aviaşirkətlərə FIR Dnepr, FIR Simferopol və FIR Kiyevə uçuşlar planlaşdırarkən diqqətli olmaları tövsiyə olunub. Dövlət Aviasiya Xidməti Ukraynanın məsuliyyəti altında olan hava məkanının mülki aviasiya təyyarələrinin uçuşları üçün artıq təhlükəsiz olmadığı vurğulanıb.
Qeyd edək ki, bu ilin 31 martında “The New York Times” ABŞ dövlət aparatı səlahiyyətlilərindən birinə istinad edərək, Rusiyanın öz qoşunlarını Ukrayna ilə sərhədə çəkdiyini bildirib. Martın 30-da isə Ukrayna Silahlı Qüvvələrinin (AFU) Baş Qərargah rəisi Ruslan Xomçak oxşar açıqlama verib. Onun sözlərinə görə, Rusiya Rostov, Bryansk və Voronej bölgələrinə əlavə hərbi hissələr yerləşdirib.