ABŞ Ukraynaya 625 milyon dollarlıq yeni hərbi yardım tranşı ayırıb

Dünya

05.10.2022 - 00:29

Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyinə söz verib

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə 625 milyon dollarlıq hərbi yardımın növbəti tranşının ayrılması qərarını açıqlayıb.

AYNA xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“Prezident Bayden Ukraynaya lazım olan müddətdə kömək etməyə davam edəcəyinə söz verib. Xüsusən də bu gün o, təhlükəsizlik yardımının 625 milyon dollar məbləğində yeni tranşını təqdim edib”, - press-relizdə deyilib.

Söhbət əlavə silah və texnikadan gedir. Bura HIMARS sistemləri, digər müxtəlif artilleriya sistemləri və sursatları, zirehli texnikalar daxildir.

C.Bayden həmsöhbətinə ABŞ-ın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Müəllif: Ayna.az