“Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir”
“ABŞ, İsraildən fərqli olaraq, Rusiya raketləri və pilotsuz təyyarələrinə qarşı çıxmaq üçün Ukraynada THAAD raketdən müdafiə sistemini yerləşdirməyəcək. Çünki Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir”. AYNA xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibinin köməkçisi Sabrina Sinq deyib.
Sinq qeyd edib ki, ABŞ-ın Ukrayna və İsrail qarşısında müxtəlif öhdəlikləri var: “Fərqli imkanlar, fərqli müharibələr, fərqli bölgələrdir. İsrail və Ukrayna qarşısında öhdəliklər də fərqlidir”.
Pentaqonun sözçüsü vurğulayıb ki, Müdafiə Nazirliyi və ABŞ hökuməti İsrail və Ukraynanın müdafiə ehtiyaclarını dəstəkləməyə davam edir.