ABŞ sanksiya tətbiq etdiyi Kuba şirkətinin rəhbərinin bacısını həbs edib

Dünya

22.05.2026 - 12:45

"Bu gün onun həbs olunduğunu və ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətində olduğunu elan etməkdən məmnunam"

ABŞ hakimiyyəti ABŞ-ın əvvəllər sanksiya tətbiq etdiyi Kubanın “Grupo de Administración Empresarial S.A.” (GAESA) rəhbərinin bacısını həbs edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun açıqlamasına görə, "Adis Lastres Morera GAESA-nın icraçı direktorunun bacısıdır".

Dövlət katibinin sözlərinə görə, Morera ABŞ administrasiyası onun daimi sakin statusunu ləğv edənə qədər "daşınmaz əmlak aktivlərini idarə edib və Floridada yaşayıb, eyni zamanda, Kuba hakimiyyətinə dəstək verib".

"Bu gün onun həbs olunduğunu və ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarətində olduğunu elan etməkdən məmnunam", - deyə Rubio bildirib və Moreranın ABŞ milli təhlükəsizliyinə təhdid yaratdığını iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş