ABŞ qüvvələri Yəməndə iki “Əl-Qaidə” üzvünü öldürüb

Dünya

30.11.2025 - 11:17

ABŞ Marib əyalətinin Əl-Vadi rayonunda motosikleti vurmaq üçün pilotsuz təyyarədən istifadə edib

ABŞ qüvvələri Yəmənin Marib əyalətində “Əl-Qaidə” səhra komandirini və qrupun digər üzvünü öldürmək üçün pilotsuz təyyarədən istifadə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl Hadath” telekanalı məlumat yayıb.

Mənbələrə görə, ABŞ şənbə günü axşam Marib əyalətinin Əl-Vadi rayonunda motosikleti vurmaq üçün pilotsuz təyyarədən istifadə edib. Motosikldə “Əl-Qaidə”nin səhra komandiri, Əbu əl-Həccə əl-Hədidi kimi tanınan Munir Bəcli əl-Əhdal və onun adı açıqlanmayan yoldaşı olub.

Yəmənli jurnalist Məhəmməd bin Faysalın sözlərinə görə, əl-Əhdal Yəməndə “Əl-Qaidə”nin əsas komandiri hesab olunur.

Əvvəllər ABŞ-ın terror təşkilatının ən təhlükəli qolu hesab etdiyi regional qrup olan Ərəbistan yarımadasındakı “Əl-Qaidə” Yəməndə hökumət qüvvələri ilə ölkə ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsar Allah” hərəkatının husi üsyançıları arasında on ildən çox davam edən qarşıdurma fonunda möhkəmlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş